вторник, 10 апреля 2012 г.

21-ci əsirin Şəki xanı Həsən Həsənov!

Şəki xanı deyəndə əlbəttə biz 17-19-cu əsirləri nəzərdə tuturuq,ancaq hörmətli oxucular bu belə deyil.Nəzərinizə catdırmaq istəyirəm ki,hal-hazırda 21-ci əsir olmağina baxmayaraq Səki şəhərinin xanıda var.Artıq düz 14 ildir ki,"güsursuz"işləməyinə baxmayaraq prezident İlham Əliyev tərəfindən medal və ordenlə təltif olunmayıb.Bu isə Şəki xanına (Həsən Həsənov) qarşı hörmətsizlikdir.Yaxın ətrafıda hər dəfə Şəki xanına deyir ki,calış prezidentə özünü göstər.Həsən Həsənov demək olar ki,o məmurlardan sayılır ki,vətəndaşların hər bir problemini obyektiv həll edərək köməkliyini əsirgəmir.Həqiqətən Həsən Həsənova Şəki xanı yaraşır.Üzdən iraq gözləri götürməyən məmurlar Şəki xanını daimə nüfüzdan salmaq istəyir,belə ki Şəki şəhər İHB-sı Elxan Usubov Şəki xanını yeni ixtira olunmuş Prezident Adminstrasiyasında silahdan sarsıdıcı zərbə vurmaq istəyir.Bunu nəzərə alaraq Şəki xanı Həsən Həsənov artileriya qurğularından cavab vermək niyyətindədir.Görəsən bu qanlı-qadalı döyüşdən hansı qalib cıxacaq?
  Şəki xanı Həsən Həsənov Şəki şəhərində onun icazəsi olmadan nə kimsə su icə bilər,nədə kimsə ayaq yoluna gedə bilər.Yalnız və yalnız Həsən Həsənovun xeyir duası ilə ayaq yoluna qetmək olar.Cox böyük gücə sahib olan Şəki xanı demək olar ki,95% dövlət idarələrini öz nəzarətində saxlayıb.Qecə-qündüz kəşfiyyatcıları mühüm xəbərləri Şəki xanına catdırırlar.Bu böyük insanı Elxan Usubov kicildib cibinə salmaq istəyir.Həqiqətən qarşıdan bizi cox qanlı-qadalı döyüşlər gözləyir,qurbanlarda olacaq.
   Nəzərinizə catdırmaq istəyirəm ki,Şəki xanının böyük bir arzusu hələ arzu olaraq qalıb,Şəki dağlarının birınə Həsən Həsənovun adı verilsin.

P.S   Atalar sözü: Keci can hayında qəssəb piy axtarır!

Комментариев нет:

Отправить комментарий